Azərbaycan Şahmat Federasiyasının (AŞF) daha bir hakimi “A” kateqoriyası alıb.
AŞF-dən NUHÇIXAN-a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova bu hüquqa yiyələnib.
Qeyd edək ki, bununla Azərbaycanda “A” kateqoriyalı hakimlərin sayı ikiyə çatıb. Federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov uzun illər ölkədə bu kateqoriyaya layiq görülən yeganə hakim olub.