Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının 2024/2025 mövsümündəki rəqibləri bu gün bilinəcək.
NUHÇIXAN-ın məlumatına görə, turnirin püşkü Fransanın paytaxtı Parisdə atılacaq.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq püşkatma mərasimində Azərbaycan yığması C Liqasının 2-ci səbətində yer alacaq. Millimiz həmin liqanın 1-ci, 3-cü və 4-cü səbətindəki komandalardan birinə rəqib olacaq. Qaydalara əsasən, Azərbaycan və Ermənistan yığmaları eyni qrupda yer ala bilməzlər.
UEFA Millətlər Liqası
2024/2025 mövsümü
8 fevral
A Liqası
1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya
B Liqası
1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan
C Liqası
1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya
D Liqası
1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta
2-ci səbət: Andorra, San Marino, Lixtenşteyn
Qeyd edək ki, Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.