UEFA prezidenti növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək

A- A A+

UEFA prezidenti Aleksander Çeferin növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.

NUHÇIXAN xəbər verir ki, bunu sloveniyalı futbol funksioneri Fransanın paytaxtı Parisdə keçirilən qitə futbol qurumunun 48-ci Konqresində açıqlayıb.

O bildirib ki, 2027-ci ildə hazırkı işinə son qoyacaq: “Koronavirus pandemiyasından, münaqişələrdən, Superliqa kimi cəfəng layihələrdən, özü-özünü təyin edən əxlaqi avtoritetlərdən bezmişəm. Fırtınada gəmini yaxşı idarə etməyi bacaran kapitan olduğum üçün fəxr edə bilərəm. 6 ay əvvəl qərar verdim ki, növbəti seçkidə namizədliyimi irəli sürməyim. Səbəblər arasında təzə qana ehtiyac olması və ailəmə çox vaxt ayıra bilməməyim də var”.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir. Qitə futbol qurumunda növbəti prezident seçkisi 2027-ci ildə gerçəkləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: