Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçiriləcək.
NUHÇIXAN-ın məlumatına görə, "Səbail" "Kəpəz"lə üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Matçı Nicat İsmayıllı idarə edəcək.
Paytaxt təmsilçisi 28 xalla 5-ci, Gəncə klubu 20 xalla 9-cu pilədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXII tur
12 fevral
15:00. “Kəpəz” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun ilk matçında "Qarabağ" "Sabah"la heç-heçə edib - 3:3. XXII turun digər oyunları fevralın 13-də baş tutacaq.