Azərbaycan millisi beynəlxalq turniri dördüncü pillədə başa vurub

A- A A+

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, yığmamız mayın 11-də üçüncü yer uğrunda oyunda ABŞ-ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Futbolçularımızdan Turan Vəlizadə 65-ci, Rauf Hüseynli isə 70-ci dəqiqədə qırmızı vərəqə alıb.

Komandamız turniri 4-cü sırada başa vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: