"Almeriya" İspaniya La Liqasının antirekordunu təkrarlayıb.
NUHÇIXAN xəbər verir ki, bu, komandanın XXIV turda evdə "Atletik"lə qolsuz heç-heçə etməsi ilə reallaşıb.
Əndəlüs təmsilçisi çempionatda keçirdiyi son 27 matçın heç birində qalib gələ bilməyib. Bunların 9-da bərabərliyə nail olan "Almeriya" 18-də meydanı xalsız tərk edib.
Daha əvvəl 2021-2022-ci illərdə "Levante" 16 məğlubiyyət və 11 heç-heçə ilə oxşar seriyaya malik idi.