Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
NUHÇIXAN xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.
Turnirin favoritləri “Mançester Siti” ilə “Real” səfər oyununa çıxacaqlar. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi olan İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olacaq.
İspaniya nəhəngi “Real” isə Almaniyada yerli “Leyptsiq”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
13 fevral
00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Xose Maria Martines (İspaniya).
Kopenhagen, “Parken” stadionu
00:00. “Leyptsiq” (Almaniya) – “Real” (İspaniya)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).
Leyptsiq, “RB Arena”
Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.