Yüksək Liqa: "Araz-Naxçıvan" turun mərkəzi oyununda "Neftçi" İK ilə üz-üzə gələcək

A- A A+

Bu gün futzal üzrə Yüksək Liqada XII turun oyunları keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, turun mərkəzi matçında son çempion "Araz-Naxçıvan" "Neftçi İK" ilə üz-üzə gələcək.

Hesabat turunda həmçinin "Yasamal Bakı" – "Record club" və "Baku Fire" – U-19 matçları da gerçəkləşəcək. Bütün qarşılaşmalar Bakı İdman Sarayında olacaq.

Yüksək Liqa

XII tur

15 fevral

14:00. "Neftçi" İK – "Araz-Naxçıvan"

Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.

Hakim-inspektor: Ramiz Əsədov.

16:15. "Yasamal Bakı" – "Record club"

Hakimlər: Anar Fərəcov, Məmmədəli Kərimov, İmran Məhərrəmov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

18:15. "Baku Fire" – U-19

Hakimlər: Əli Cəbrayılov, Hidayət Feyzullayev, Mahir Məmmədov.

Hakim-inspektor: Murad Məmmədov.

Qeyd edək ki, "Araz-Naxçıvan" 28 xalla liderdir. "Baku Fire" 24 xalla ikinci, "Neftçi" İK 23 xalla üçüncü pillədə qərarlaşıb. "Yasamal Bakı" 8 xalla dördüncü, U-19 6 xalla beşinci, "Record club" 4 xalla altıncı sıradadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: