Avropa Liqası: “Qalatasaray” bu gün Çexiya klubu ilə qarşılaşacaq

A- A A+

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsi start götürəcək.

NUHÇIXAN xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi olan “Qalatasaray” doğma meydanda Çexiyanın “Sparta” (Praqa) klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Bu qarşılaşma ilə paralel olaraq, “Feyenoord” (Niderland) – “Roma” (İtaliya), “Şaxtyor” (Donetsk, Ukrayna) – “Marsel” (Fransa) və “Yanq Boyz” (İsveçrə) - “Sportinq” (Portuqaliya) görüşləri keçiriləcək.

Bakı vaxtı ilə saat 00:00-da başlayacaq oyunlarda isə İtaliya “Milan”ı Fransanın “Renn” klubunu, Portuqaliya təmsilçilərindən “Benfika” Fransa “Tuluza”sını, “Braqa” “Qarabağ”ı, Fransa “Lans”ı isə Almaniya “Frayburq”unu sınağa çəkəcək.

Qeyd edək ki, cavab qarşılaşmaları fevralın 22-də reallaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: