Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
NUHÇIXAN-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Kamoliddin Baxtiyarovu (Özbəkistan) məğlub edib.
Bu gün Azərbaycanın daha 3 cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq:
Yaşar Nəcəfov (66 kq) – Villian Lima (Braziliya)
Rəşad Yelkiyev (66 kq) – Rüfət Aleskerov (AIN)
Aydan Vəliyeva (52 kq) – Ariane Toro Soler (İspaniya)
Qeyd edək ki, Azərbaycan yığmasının bu gün mübarizəyə qoşulan digər 11 cüdoçusu uğursuz çıxış edib.