Boksçuumuz beynəlxalq turnirin bürünc medalına layiq görülüb - FOTOLAR

A- A A+

Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında "Drakula" beynəlxalq turniri keçirilib. Ənənəvi turnirdə Azərbaycan milli komandaları ümumilikdə 23 idmançı ilə təmsil olunub. Onların arasında Naxçıvan boksçuları Elbrus Kərimli və Haqverdi Həsənov da olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yeniyetmələrdən ibarət komandamızın heyətində çıxış edən Haqverdi Həsənov 57 kq çəki dərəcəsində mükafatçılar sırasına düşməyi bacarıb. Təmsilçimiz ¼ final mərhələsində rumıniyalı Buletika Lulian üzərində qələbə qazanıb. Finalın bir addımlığında ispan Sançez Hernandezlə görüşdən məğlub ayrılan Haqverdi turnirin bürünc medalına layiq görülüb.

Son vaxtlar iddialı çıxışı ilə seçilən və ötənilki "Drakula" turnirin qalibi olmuş Elbrus Kərimli (57 kq) bu dəfə gənclərin yarışında mübarizə aparıb. Təəssüf ki, idmançımız ilk görüşündə özbəkistanlı Nobirbek Alabenrqanovla keçirdiyi döyüşdə uğur qazana bilməyib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: