"Böyük Dəbilqə": Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə başlayır

A- A A+

Bu gün Azərbaycanın daha 8 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.

NUHÇIXAN-ın məlumatına görə, yarışın sonuncu günündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Böyük Dəbilqə

Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final

Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final

Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final

Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final

Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final

Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir

Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final

Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: