"Euronews": Azərbaycan liderinin cüdoya dəstəyi gələcək istedadlara öz təsirini göstərir

A- A A+

Azərbaycan cüdoçularının Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində yüksək çıxışı və yarışın ikinci günündə iki qızıl medal qazanması Prezident İlham Əliyevin idmanın bu növünə verdiyi dəstəyin ifadəsidir.

NUHÇIXAN  xəbər verir ki, bu barədə "Euronews" telekanalının reportajında deyilir.

“Prezident Əliyevin bu idman növünə böyük marağı ölkəmizin cüdo dünyasında nüfuzunun yüksəlməsinə mühüm töhfələr verib. Onun bu yaxınlarda yeni tikilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş Milli Təlim Mərkəzinə səfəri də bunu bir daha sübut edir.

Azərbaycan yapon döyüş sənətinə dərin həvəsi olan ölkədir. Və onun rəhbərinin dəstəyi təkcə cüdoçuların indiki nəslini ruhlandırmır, eləcə də gələcək istedadlara təsir edir”, - süjetdə bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: