Azərbaycan güləş millisi Avropa çempionatında medal sıralamasında ikinci olub

A- A A+

Azərbaycan güləş millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub.

NUHÇIXAN-ın məlumatına görə, yunan-Roma, sərbəst və qadın güləşçilər ümumilikdə 16 medal qazanaraq buna nail olublar.

Qitə birinciliyinə 25 pəhləvanla yollanan heyət 5 qızıl, 3 gümüş, 8 bürünc medala yiyələnib. Sərbəst güləşçilər 1 gümüş, 6 bürünc, yunan-Roma güləşçiləri 3 qızıl, 2 gümüş, 1 bürünc, qadınlar isə 2 qızıl və 1 bürünc mükafata sahib çıxıblar.

Komandamız yalnız Türkiyədən geri qalıb. Qardaş ölkə təmsilçiləri 17 medal (7 qızıl, 6 gümüş, 4 bürünc) qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında 30 dəst medal öz sahibinə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: