Ramos Mourinyunun kluba qayıdacağı təqdirdə “Real”ı tərk etməyə hazırdır

135

İspaniyanın “Real” klubunun müdafiəçisi Serxio Ramos portuqaliyalı Joze Mourinyunun komandanın baş məşqçisi təyin ediləcəyi halda klubdan getməyə hazır olduğunu bildirib.

NUHÇIXAN “Mundo Deportivo” saytına istinadla xəbər verir ki, daha əvvəl KİV-lər Madrid klubunun Mourinyunun baş məşqçi vəzifəsinə gətirilməsi məsələsini müzakirə etdiyini iddia edirdilər. Portuqaliyalı “Real”a 2010-2012-ci illərdə rəhbərlik edib. Mənbə bildirib ki, bu dövrdə Ramosun məşqçi ilə münasibətləri o qədər də ürəkaçan olmayıb. Bu səbəbdən futbolçu klubunu dəyişməyə hazır olduğunu bildirib.

Yarımmüdafiəçi 2005-ci ildən “Real”ı təmsil edir. O, komandanın tərkibində 4 dəfə İspaniya və Liqa çempionatlarını qazanıb, 3 dəfə İspaniya Superkubokunun, UEFA superkubokunun və klublararası dünya çempionatının, həmçinin 2 dəfə İspaniya kubokunun qalibi olub. Cari mövsümdə Ramos “Real”da bütün turnirlərdə 24 oyun keçirib və 6 qolun müəllifi olub.

32 yaşlı futbolçu 2010-cu ilin dünya çempionu və ikiqat Avropa çempionudur (2008, 2012).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: