Luka Modriç Xorvatiyada ilin ən yaxşı idmançısı seçilib

232

Zaqrebdə Xorvatiya Olimpiya Komitəsinin mükafatlandırma mərasimi təşkil edilib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, mərasimdə futbol üzrə Xorvatiya millisi ilin ən yaxşı komandası seçilib. Ölkənin ən yaxşı idmançısı adını futbolçu Luka Modriç və atlet Sandra Perkoviç qazanıblar.

Xorvatiya milli komandasının kapitanı və “Ballon d'Or” qalibi Luka Modriç ölkəsində bu mükafatı alan ilk futbolçudur. Ardıcıl 7 ildir ən yaxşılar arasında yer alan Sandra Perkoviç beşqat dünya çempionudur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: