"Sumqayıt" oyunun gec başlamasına və meydana kənar şəxsin daxil olmasına görə cərimələnib

A- A A+

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu 2300 manat cərimələyib.

NUHÇIXAN xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Premyer Liqanın XXIII turunda qolsuz başa çatan "Turan Tovuz"la matçın 4 dəqiqə gec başlamasına görə 1500 manat ziyana düşüb.

Komanda meydana gec çıxdığı üçün qarşılaşma yubanıb. Görüşdə meydana kənar şəxsin daxil olmasına görə isə klub 800 manat ödəyəcək.

İntizam Komitəsi "Kəpəz" klubunu 700 manat cərimələyib. Gəncə təmsilçisinin 5 futbolçusu "Sabah"a 2:3 hesabı ilə uduzduqları matçda sarı vərəqə ilə cəzalandırılmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: