Türkiyə Superkubokunun keçiriləcəyi vaxt bəlli olub

A- A A+

Türkiyə Superkuboku finalının keçiriləcəyi yer və vaxt bəlli olub.

NUHÇIXAN xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" arasında baş tutacaq görüş aprelin 7-də, Bakı vaxtı ilə saat 22:00-da oynanılacaq.

Matç Şanlıurfa şəhərində keçiriləcək. Oyunun ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulsa da, təşkilatçıların bəzi qadağalarına görə komandalar meydana çıxmaqdan imtina etmişdilər.

Qeyd edək ki, "Qalatasaray" son Türkiyə çempionatının, "Fənərbaxça" isə kubokunun qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: