Premyer Liqa: “Turan Tovuz” “Neftçi”ni, “Səbail” “Sabah”ı sınağa çəkəcək

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha iki matçı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək.

Hazırda paytaxt təmsilçisi 35 xalla üçüncü, tovuzlular 30 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci qarşılaşmasında isə “Səbail” “Sabah”ı sınağa çəkəcək. “ASCO Arena”da oynanılacaq matç saat 17:30-da başlayacaq.

24 turdan sonra hər iki komandanın aktivində 31 xal var. “Səbail” beşinci, “Sabah” yeddinci sıradadır.

Qeyd edək ki, açılış oyununda “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Turun son iki matçı fevralın 25-də reallaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: