İspaniyanın “Atletik Bilbao” futbol klubunun yeni prezidenti müəyyənləşib.
NUHÇIXAN klubun rəsmi saytına istinadla xəbər verir ki, 52 yaşlı Aytor Elisegi səslərin 47,90 faizini toplayaraq bu vəzifəyə seçilib. Onun əsas rəqibi Alberto Uribe-Eçevarriya isə 47,46 faiz səs toplayıb.
Aytor Elisegi bu postda 2011-ci ildən “Atletik”ə rəhbərlik edən Josu Urrutianı əvəzləyib.