“Qarabağ”la oyunun nəticəsi bizi nokauta saldı.
NUHÇIXAN-ın məlumatına görə, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje yerli mətbuata açıqlamasında deyib.
Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a ümumi hesabda məğlubiyyəti (2:4, 3:2) dəyərləndirib. O, mərhələ adlaya bilməmələrinə məyus olduqlarını söyləyib: “Azərbaycana səfərdən sonra məşq zamanı komandada fiziki yorğunluq hiss olunur. Keyfiyyəti nəzərə alsaq, “Qarabağ”ı keçə bilərdik. İndi vəziyyətdən çıxmaq üçün nə edəcəyimizi bilirik. Bizim öz ambissiyamız var və hədəflərimizə çatmaq üçün mübarizəni davam etdirməliyik. Bəzi səhvlərimiz oldu və bunun cəzasını çəkdik. Artıq daha yaxşısını etməliyik”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubu ilə qarşılaşacaq. İlk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.