Azərbaycan Premyer Liqası: Bir oyunun başlama saatı dəyişdirilib

A- A A+

Azərbaycan Premyer Liqasının XXV turunda keçiriləcək “Sumqayıt” – “Kəpəz” oyununun başlama saatı dəyişdirilib.

NUHÇIXAN Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 16:00-da deyil, 19:00-da start götürəcək.

Qeyd edək ki, görüş martın 1-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: