"Qəbələ" və "Səbail" klubları cərimələnib

A- A A+

AFFA İntizam Komitəsi "Səbail" və "Qəbələ" klublarını 700 manat cərimələyib.

NUHÇIXAN xəbər verir ki, buna hər iki komandanın 4 futbolçusunun Premyer Liqanın XXIV turunun matçlarında sarı vərəqə alması səbəb olub.

"Qəbələ"nin oyunçuları "Kəpəz"lə, paytaxt təmsilçisinin üzvləri isə "Sabah"la görüşdə qarşılarında vərəqə görüblər.

"Qəbələ" klubuna xəbərdarlıq da edilib. Sözügedən matçda azarkeşlər tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: