Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, “Qəbələ” doğma meydanda lider “Qarabağ”ı qəbul edəcək.
Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 19:00-da start götürəcək. Qarşılaşmanı Tural Qurbanov idarə edəcək. Matçın VAR hakimi isə Rəşad Əhmədov olacaq.
Hazırda bölgə təmsilçisi 15 xalla sonuncu pillədə qərarlaşıb. “Köhlən atlar” isə 54 xalla turnir cədvəlinə başçılıq edir.
Bu matç meydan sahiblərinin yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandadakı debütü ilə əlamətdar olacaq.
Qeyd edək ki, növbəti - XXV turun oyunları martın 1-3-də baş tutacaq.