Türkiyə Kuboku: “Fatih Karagümrük” “Qalatasaray”a qalib gələrək yarımfinala yüksəlib

A- A A+

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

NUHÇIXAN xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Fatih Karagümrük"lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 6-cı dəqiqədə Markos Vinisius Amaral Alves açıb. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Rian Mendes müəyyənləşdirib.

"Fatih Karagümrük" növbəti mərhələdə "Trabzonspor"la, "Beşiktaş" isə "Ankaragücü" ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: