“Mançester Yunayted” klubunun baş məşqçisi Erik Ten Haq digər İngiltərə təmsilçisi “Fulhem”dən oyunçusu Bruno Fernandeşi təhqir etdiyi üçün üzr istəməyi tələb edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Hollandiyalı mütəxəssis “TikTok” sosial platformasında və “Fulhem”in rəsmi səhifəsində Bruno Fernandeşin təhqir olunduğuna dair video paylaşıldığını iddia edib.
“Bu videodan xəbərim yox idi. Əgər bu, klub tərəfindən edilibsə, bunun düzgün olmadığını hesab edirəm. Bir komanda üçün bu cür postların paylaşılması doğru addım deyil. Onlar belə bir paylaşıma görə mütləq üzr istəməlidirlər”, - deyə Ten Haq bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı “Fulhem” tərəfindən reaksiya gəlməyib. Komanda "Mançester Yunayted"in futbolçusunun zədələndiyi epizoda etiraz əlaməti olaraq sözügedən videonu paylaşıb.