UEFA "Qarabağ"ın futbolçusu və məşqçisi ilə bağlı qərarını açıqlayıb

A- A A+

UEFA İntizam Komitəsi Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlayıb.

NUHÇIXAN qurumun rəsmi saytına istinadən xəbər verir ki, həm futbolçuya, həm də məşqçiyə 1 oyunluq cəza verilib.

Komandanın hər iki üzvü Avropa Liqasının 1/8 finalında “Bayer 04”ə (Almaniya) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.

Qitə futbol qurumu həmçinin sarı vərəqə limitini dolduran Julio Romaonun da 1 oyunluq cəzaya məruz qaldığını açıqlayıb.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü isə bundan bir həftə sonra Leverkuzen şəhərində baş tutacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: