Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

A- A A+

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər.

NUHÇIXAN xəbər verir ki, bu gün yarışa qoşulan 8 milli üzvü fəxri kürsüdən kənarda qalıb.

Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nazir Talıbov, Rövşən Əliyev (hər ikisi 60 kq), İslam Rəhimov, Rəşid Yelkiyev (hər ikisi 66 kq) mübarizəni ilk görüşdə uduzaraq dayandırıblar.

Azərbaycan martın 3-dək davam edəcək “Böyük Dəbilqə”də 12 cüdoçu ilə təmsil olunur. Reqlamentə əsasən, yarışın qalibi 1000, ikincisi 700, üçüncü yeri tutanlar isə 500 reytinq xalı qazanacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: