Almaniyanın “Bavariya” komandası Bundesliqa tarixində ilkə imza atıb.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi ölkə çempionatında 2 min oyun keçirən birinci klub olub. Bunlardan 1189-u komandanın qələbəsi ilə yekunlaşıb.
“Bavariya”nın ötən gün “Frayburq”la (2:2) oynadığı matç onun Bundesliqa tarixində 2 mininci oyunu olub.
Qeyd edək ki, hazırda “Bavariya” 54 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 61 xalla Leverkuzenin “Bayer”i rəhbərlik edir.