Aaron Ramsey “Yuventus” ilə dörd illik müqavilə imzalayacaq

A- A A+

İngiltərənin “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Aaron Ramsey “Yuventus” ilə dörd illik müqavilə imzalayacaq.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, “Arsenal” klubu ilə Ramseyin müqaviləsinin müddəti gələn il iyunun 30-da başa çatdığından futbolçu “Yuventus”a sərbəst agent kimi transfer olunacaq. “Yuventus”da futbolçunun maaşının ildə 8 milyon avro olacağı gözlənilir.

Cari mövsümdə Ramsey “Arsenal”ın heyətində 22 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Xatırladaq ki, futbolçu 2008-ci ildə “Kardif Siti” klubundan “Arsenal”a transfer olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: