FIBA kişi basketbolçulardan ibarət milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan yığmasının mövqeyində dəyişiklik olub. Ötən ay dünya çempionatının seçmə mərhələsində iki oyun keçirən Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv 13 pillə irəliləyib. Seçməmiz 80 xalla 105-ci yerdə qərarlaşıb.
Milli komanda uzun illər sonra ilk dəfə FIBA reytinqində bu qədər yüksəliş əldə edib.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin ilk oyununda səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub, doğma meydanda isə Kosovoya qalib gəlib – 87:77.