Dekabrın 29-da Sankt-Peterburqdakı “Manej” kompleksində start götürən blits üzrə dünya çempionatında ilk günün oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, 12 turdan sonra turnir cədvəlinə 9,5 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Şahmatçımız Şəhriyar Məmmədyarov 8,5 xalla 5-ci sırada qərarlaşıb. Rauf Məmmədov 7 xalla 21-ci, Qədir Hüseynov 6,5 xalla 34-cüdür.
Qadınların mübarizəsində isə 9 turdan sonra Zeynəb Məmmədyarova 6,5 xalla 10-cu pillədədir. Gülnar Məmmədova və Günay Məmmədzadə hərəyə 5 xalla 45, 47-ci, Türkan Məmmədyarova isə 4,5 xalla 62-ci yerdədirlər.
Rusiyalı Katerina Laqno 7,5 xalla qadınlar arasında liderdir.