2018-ci ildə Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 225 respublika yarışı təşkil edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin 2018-ci ilə dair illik hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, yerli yarışlarla yanaşı, ölkəmiz 58 beynəlxalq turnirə ev sahibliyi edib. Milli komandalarımız isə 236 beynəlxalq turnirə qatılıb.