Türkiyə Superliqasının 28-ci turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
NUHÇIXAN xəbər verir ki, oyunu Halil Umut Melerin rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.
Oyun erkən qolla başlayıb: artıq 2-ci dəqiqədə “Qalatasaray” Əl-Müsrətinin avtoqolundan sonra hesabda irəli çıxıb. Kərəm Dəmirbayın künc ötürməsindən sonra cərimə meydançasında yaranan qarışıqlıqda Əl-Müsrəti topu səhvən tora göndərib.
19-cu dəqiqədə “ağ-qaralar” hesabı bərabərləşdirməyə yaxın olublar: Milot Raşitsanın kornerdən atdığı top qapı tirinə dəyərək meydanı tərk edib.
40-cı dəqiqədə “sarı-qırmızılar” fərqi artırmağa cəhd etsə də, qapıçı Mert Günokun inamlı oyunu komandanı qoldan xilas edib. Bənzər epizod bu dəfə “Qalatasaray”ın qapısı qarşısında olub: 61-ci dəqiqədə qapıçı Muslera Gezzalın zərbəsini dəf edib.
88-ci dəqiqədə “Beşiktaş”ın müdafiəçisi Omar Kolli sərt oyuna görə qırmızı vərəqə alaraq matçdan qovulub.
Beləliklə, oyun qonaqların minimal üstünlüyə ilə başa çatıb – 0:1.
Qeyd edək ki, 28 oyundan sonra “Qalatasaray” 75 xalla turnir cədvəlinin zirvəsindədir. Digər İstanbul təmsilçisi “Fənərbağça” isə 73 xalla onun ən yaxın təqibçisidir. “Beşiktaş” isə 46 xalla dördüncü pillədə qərarlaşıb.