Futbol üzrə Azərbaycan millisi Albaniya ilə yoldaşlıq görüşü keçirəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə “pamfleti.net” saytı məlumat yayıb.
Bildirilib ki, qarşılaşma iyunun 7-də Avstriyanın Qrats şəhərində təşkil olunacaq və yerli vaxtla saat 20:45-də başlayacaq. Bu, AVRO-2024-ə hazırlıq çərçivəsində Albaniyanın son sınaq matçı olacaq.
Qeyd edək ki, Albaniya yığması Avropa çempionatının B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə mübarizə aparacaq. Albanlar ilk oyunlarını iyunun 15-də İtaliyaya qarşı keçirəcəklər.