Türkiyə Superliqası 168 milyon avroluq yayım gəliri ilə Avropada altıncı yerə yüksəlib

A- A A+

Türkiyə Superliqası yayımla bağlı yeni tenderin başa çatması ilə ən bahalı liqalar kateqoriyasında yüksəlməyə başlayıb.

NUHÇIXAN xəbər verir ki, “beLN Sports” ilə bağlanan yeni müqaviləyə əsasən, Superliqanın yayım gəliri 168 milyon avroya çatıb. Nəticədə Superliqa Portuqaliya, Niderland və Belçika liqalarını geridə qoyaraq Avropada altıncı sırada qərarlaşıb.

Avropada ən yüksək yayım gəliri olan liqalar aşağıdakılardır:

1. Premyer Liqa (İngiltərə): 1 milyard 900 milyon avro;

2. Bundesliqa (Almaniya): 1 milyard 80 milyon avro;

3. La Liqa (İspaniya): 990 milyon avro;

4. A Seriyası (İtaliya): 840 milyon avro;

5. Liqa 1 (Fransa): 582 milyon avro;

6. Superliqa (Türkiyə): 168 milyon avro;

7. Portuqaliya Primeria: 160 milyon avro;

8. Erediviziya (Niderland): 150 milyon avro;

9. Yupiler Pro (Belçika): 103 milyon avro;

10. Premyer Liqa (Şotlandiya): 29 milyon avro.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: