UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq "Bayer 04" klubunun Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq.
NUHÇIXAN-ın məlumatına görə, "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub nümayəndəsi bildirib ki, Leverkuzen klubunun baş məşqçisi Xabi Alonsonun mətbuat konfransı martın 6-da, Bakı vaxtı ilə saat 12:00 radələrində onlayn formatda keçiriləcək. Axşam radələrində Bakıya çatacaq Almaniya təmsilçisi birbaşa hotelə yollanacaq və mətbuat nümayəndələri üçün nəzərdə tutulan açıq məşqə də çıxmayacaq.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.