Harri Keyn UEFA turnirlərində 50-dən çox qol vuran ilk britaniyalı futbolçu olub

A- A A+

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn UEFA turnirlərində 50-dən çox qol vuran ilk britaniyalı oyunçu kimi tarixə düşüb.

NUHÇIXAN "Squawka" nəşrinə istinadən xəbər verir ki, hücumçu buna "Latsio"ya 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında nail olub.

Qolların sayına görə Stiven Cerrard (41 qol) ikinci, Ueyn Runi (40 qol) üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Keyn ötən yay "Tottenhem"dən Münhen təmsilçisinə keçib. O, cari mövsüm "Bavariya"da 33 oyuna 33 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: