“Real Madrid” Çempionlar Liqasında dörddəbir finala ən çox yüksələn ikinci klub olub

A- A A+

İspaniyanın “Real Madrid” klubu Çempionlar Liqasında dörddəbir finala ən çox yüksələn ikinci komanda olub.

NUHÇIXAN xəbər verir ki, Madrid təmsilçisi buna ötən gün səkkizdəbir final mərhələsinin cavab oyununda Almaniya “Leypsiq”i ilə 1:1 hesablı heç-heçə edərək növbəti mərhələyə çıxmaqla nail olub.

Bununla da “Kral klubu” Çempionlar Liqası tarixində 20-ci dəfə dörddəbir finala vəsiqəni təmin edib. Bu göstəriciyə görə madridliləri yalnız Almaniya “Bavariya”sı (22) qabaqlayır. Üçüncü yeri isə İspaniyanın digər təmsilçisi “Barselona” (18) tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: