Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, 13-cü tura “Bakı” - “Gənclər Birliyi” matçı ilə start veriləcək.
Martın 14-nə təyin olunan autsayderlərin qarşılaşması saat 17-də başlanacaq.
Turun mərkəzi görüşü martın 16-da olacaq. Lider “Qarabağ” çempionatın iddialı komandalarından olan “Azəryol”u qəbul edəcək. Azərbaycan Həndbol Federasiyasının rəsmi feysbuk səhifəsindən və yutub kanalından canlı yayımlanacaq bu oyunun start fiti saat 12-də səsləndiriləcək.
Hər iki matç “AHF Arenda” təşkil olunacaq.
Həftəsonu azarkeşləri daha bir qarşılaşma gözləyir. “Kür” komandası martın 17-də “İdman Akademiyası” həndbolçuları ilə üz-üzə gələcək. 12-ci turdan təxirə salınmış bu görüş saat 12-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq.