Belçika millisinin və İngiltərənin "Mançester Siti" klubunun aparıcı futbolçusu Kevin De Bruyne zədələnib.
NUHÇIXAN İngiltərə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi qasıq nahiyəsindən xəsarət alıb.
Belçika millisinin baş məşqçisi Domeniko Tedesko 32 yaşlı oyunçunun zədə səbəbindən yığmanın heyətinə daxil edilməyəcəyini açıqlayıb. Həkimlər onun zədəsinin ciddi olduğunu və mart ayının sonuna qədər İngiltərədə müalicə alacağını qeyd ediblər.
De Bruyne İngiltərə Liqa kubokunun 1/4 final mərhələsində keçiriləcək "Nyukasl" ilə matçı da buraxacaq.
Qeyd edək ki, yarımmüdafiəçi uzunmüddətli zədədən sonra bu ilin yanvarında yaşıl meydanlara qayıtmışdı.