İngiltərə Premyer Liqası: “Kardiffi Siti” doğma meydanda məğlub olub

A- A A+

İngiltərə Premyer Liqasında 21-ci turun növbəti oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, “Kardiff Siti” doğma meydanda “Tottenhem”i qəbul edib. Oyun qonaqların xeyrinə başa çatıb - 0:3. Maurissio Poçettinonun komandası bütün qolları ilk hissədə vurub. 3-cü dəqiqədə Harri Keyn fərqlənib. 9 dəqiqə sonra Kristian Eriksen fərqi 2 topa çatdırıb. Son nöqtəni isə 26-cı dəqiqədə Son Xin Min qoyub.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 48-ə yüksəldən "Tottenhem" 2-ci pilləyə yüksəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: