Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bəlli olub

A- A A+

Qızıl Avropa Liqasında iştirak edəcək voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olunub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hər iki yığmanın matçlarının bir turu Bakıda təşkil ediləcək.

Yarışın reqlamentinə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 yeri tutan komandalar “Dördlər finalı”na yüksələcəklər.

Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Şimali Makedoniya, Estoniya, Lüksemburq.

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Avstriya, Estoniya, Ukrayna.

 

Qızıl Avropa Liqası (qadınlar)

I Turnir - Xorvatiya

17.05.2024 / 19:00 Azərbaycan – Xorvatiya

18.05.2024 / 15:00 Slovakiya – Azərbaycan

19.05.2024 / 19:00 Xorvatiya – Slovakiya

 

II Turnir – Rumıniya

24.05.2024 / 17:00 Azərbaycan – Rumıniya

25.05.2024 / 17:00 İsveç – Azərbaycan

26.05.2024 / 17:00 Rumıniya – İsveç

 

III turnir - Azərbaycan

31.05.2024 / 18:00 Estoniya – Azərbaycan

01.06.2024 / 18:00 Avstriya - Estoniya

02.06.2024 / 18:00 Azərbaycan – Avstriya

 

Qızıl Avropa Liqası (kişilər)

I Turnir - Azərbaycan

17.05.2024 / 18:00 Rumıniya – Azərbaycan

18.05.2024 / 18:00 Ukrayna - Rumıniya

19.05.2024 / 18:00 Azərbaycan – Ukrayna

 

II Turnir - Belçika

24.05.2024 / 17:30 Azərbaycan - Belçika

25.05.2024 / 17:30 Şimali Makedoniya – Azərbaycan

26.05.2024 / 15:00 Belçika - Şimali Makedoniya

III Turnir - Estoniya

31.05.2024 / 18:00 Azərbaycan - Estoniya

01.06.2024 / 16:00 Lüksemberq – Azərbaycan

02.06.2024 / 16:00 Estoniya – Lüksemburq

 

Qeyd edək ki, oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: