“Sky Sports”un jurnalisti Rob Harris FIFA prezidenti Canni İnfantinonun aldığı maaşın səviyyəsini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, FIFA rəhbəri 2023-cü ildə yenidən qurumun prezidenti seçildikdən sonra daha çox qazanmağa başlayıb.
Onun 1,99 milyon avro maaşı 33 % artırılaraq 2,69 milyon avroya yüksəldilib. O həmçinin qadınlar arasında dünya çempionatına görə 1,93 milyon avro məbləğində bonus alıb. İnfantinonun ümumi gəliri 4,21 milyon avro olub.