“Atletiko” klubu “Metropolitano” stadionunda ilk dəfə böyük fərqlə məğlub olub

A- A A+

İspaniyanın “Aletiko” klubu ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda ilk dəfə böyük fərqlə məğlub olub.

NUHÇIXAN xəbər verir ki, bu, La Liqanın XXIX turunda “Barselona” ilə oyuna təsadüf edib.

Madriddə baş tutan görüşdə qonaqlar 3:0 hesablı qələbə qazanıblar. 2017/2018 mövsümündən rəqiblərini “Metropolitano”da qəbul edən Dieqo Simeonenin kollektivi birinci dəfə fərqlənmədən öz qapısından 3 qol buraxıb.

Eyni zamanda “Atletiko”nun evdə 25 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. Komanda 2023-cü ilin yanvarından bəri birinci dəfə doğma arenasında azarkeşlərini məyus edib. Son 25 qarşılaşmanın 23-də qələbə qazanan paytaxt təmsilçisi 2 matçda bərabərliklə kifayətlənib. “Atletiko” öz meydanında sonuncu dəfə 2023-cü ilin yanvarında məhz “Barselona”ya (0:1) uduzmuşdu.

Qeyd edək ki, “Atletiko” hazırda 55 xalla La Liqanın turnir cədvəlində 5-ci pillədədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: