Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq

A- A A+

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İsveçə qarşı keçirəcəkləri yoldaşlıq oyununda iştirak etməyəcək.

NUHÇIXAN yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Martines 39 yaşlı hücumçunu qarşılaşma üçün 23 nəfərlik heyətə daxil etməyib.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən təcrübəli forvardın Sloveniya ilə yoldaşlıq matçından əvvəl kollektivə qoşulacağı vurğulanıb.

Qeyd edək ki, Portuqaliya millisi martın 21-də İsveç, beş gün sonra isə Sloveniya ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: