AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
O bildirib ki, indiki ana qədər rəsmən namizədliyini irəli sürən olmayıb.
Qeyd edək ki, aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Qurumun hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini açıqlayıb.