İspaniyanın “Qranada” klubu baş məşqçisi Aleksander Medinanı istefaya göndərib.
NUHÇIXAN xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
45 yaşlı mütəxəssis komandanın uğrusuz çıxışı səbəbindən vəzifəsindən ayrılıb. Bununla da Medina “Qranada”da cəmi 4 ay çalışa bilib. O, 2023-cü ilin noyabrında bu posta təyin olunmuşdu. Komanda uruqvaylının rəhbərliyi altında keçirdiyi 17 oyunun 12-də məğlub olub, 4-də heç-heçə edib, yalnız 1 dəfə qələbə qazanıb.
Qeyd edək ki, “Qranada” 29 turdan sonra 14 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.