2022-ci ildə Yeniyetmələrin Olimpiya Oyunlarının keçiriləcəyi ölkə 2018-ci ilin oktyabrında məlum olacaq

A- A A+

Afrika qitəsinin dörd milli olimpiya komitəsi 2022-ci ildə Yeniyetmələrin Olimpiya Oyunlarının bu qitədə keçirilməsində maraqlı olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, bu informasiya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası tərəfindən açıqlanıb.

2022-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının keçirilməsi yerinin müəyyən edilməsi üçün 4 ölkənin – Botsvana, Nigeriya, Seneqal və Tunisin olimpiya komitələri seçilib. Yeniyetmələrin Olimpiya Oyunlarının keçirilməsi yerinin seçimi üzrə yeni proses əlaqədar olimpiya komitələri üçün xərclərin sadələşdirilməsinə, optimallaşdırılmasına və səmərəliliyinin təmin edilməsinə yönəldilib.

Olimpiya komitələrinin danışıqlarının ilkin mərhələsi iyulda başa çatacaq. Bu zaman BOK namizədlərin texniki-iqtisadi məruzələr və ölkələrə səfərlər əsasında nəzərdən keçirilməsi mərhələsinə hansı əlaqədar tərəflərin dəvət olunacağını həll edəcək.

Qiymətləndirmə komissiyasının sədri, BOK-un Türkiyədən üzvü Uğur Erdener 2022-ci il Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkənin seçilməsi prosesinə kömək və rəhbərlik edəcək təcrübəli ekspertlər qrupunun başçısı təyin olunub.

BOK, habelə Afrikanın əlaqədar olimpiya komitələrinin ekspertləri tərəfindən dərin müzakirələr və araşdırmalar aparılandan sonra qiymətləndirmə komissiyası 2018-ci ilin sentyabrında öz məruzəsini təqdim edəcək. 2022-ci ildə Yeniyetmələrin Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə isə BOK-un 2018-ci ilin oktyabrında Buenos-Ayresdə keçiriləcək sessiyasında seçiləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: