Triatlon üzrə Dünya Kubokunun 2025-ci ildə Bakıda keçirilməsi müzakirə olunub

A- A A+

Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə Madriddə Dünya Triatlonu təşkilatının prezidenti Marisol Casado və baş katibi Antonio Arimany ilə görüşüb.

ATF-dən NUHÇIXAN -a bildirilib ki, görüşdə Azərbaycanda triatlonun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi ilə bağlı razılıq əldə edilib. Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon üzrə Dünya Kubokunun Bakıda təşkil edilməsi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: